Uyğur dilində əs feili var və “içmək” mənasını verir. “Dədə Qorqud”da və digər mənbələrdə əsrük sözü içkili, sərxoş anlamında işlədilib. Monqol dilində əsrə (asra) sözü yedirtmək, böyütmək, tərbiyə etmək mənalarında işlədilir. Əsrə (s və r səsləri yerini dəyişib) sözü, əslində, aşra (aş ver, yemək ver) kimi olub və monqollara türk dillərindən keçib. Ərsəyə gətirmək indi “böyütmək, tərbiyələndirmək” mənasında işlədilir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)